Ağdam Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla qeyd olundu


AĞDAM, 20 noyabr. TELEQRAF
Ağdam Şəhər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq təşkil olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, gecə saatlarında keçirilən atəşfəşanlıq Ağdamın səmasını rəngarəng işıqlara qərq edib.
Tədbirdə Ağdam rayon sakinləri, Ağdam, Xocavənd və Füzuli rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, eləcə də ətraf rayonlardan gələn sakinlər iştirak ediblər.
Bayram iştirakçıları atəşfəşanlığı böyük coşqu ilə izləyib, Ağdamın azadlıqdan sonrakı yeni həyatının sevincini birlikdə yaşayıblar.
Qeyd edək ki, Ağdam Şəhəri Günü münasibətilə şəhərdə gün ərzində silsilə mədəni-kütləvi tədbirlər keçirilib.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
Ağdam Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla qeyd olundu

Plat.az+5 mənbə