“Məleykə Abbaszadə getdi: test ləğv olunurmu?” – VİDEO


Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 46-cı buraxılışının yazılı variantını təqdim edir.
Nüvə çantaları
– ABŞ, Rusiya və Çin dövlət başçıları ilk dəfə üçtərəfli görüş keçirdilər. Görüşdən əvvəl Rusiya prezidenti Vladimir Putin 2023-cü ildə olduğ kimi yenə nüvə çantalarını nümayiş etdirdi. Bu mənim yadıma 90-cı illərdə Qarabağ müharibəsinə gedən yeniyetmələrin xeyirdə-şərdə öz silahlarını nümayiş etdirməsini saldı. Görüş sırasında Rusiya mətbuatı şirin xəyalları davam etdirdi: yenidən bölüşürülmüş dünyanın xəritəsini yaydı. Burada Qafqaz, o cümlədən Azərbaycan və Afrika da daxil olmaqla dünyanın çox böyük bir hissəsi Rusiyanın nüfuz dairəsi kimi göstərilirdi.
Bəzi mütəxəssilər Çin görüşünü dünyanın taleyini həll etmək baxımından 1945-ci ildə Krımda keçirilən Yalta konfransı ilə müqayisə edir. Kökündən yanlış qənaətdir. Çünki Yalta konfransında Stalinin də, Ruzveltin də, Çöçillin də bir düşməni vardı – Hitler Almaniyası. Onlar düşmənimin düşməni mənim dostumdur ptrinsipi ilə hərəkət edirdilər. Bəs indi vəziyyət necədir? Üç hegemon ölkəni nə Rusiya-Ukrayna, nə də ABŞ-İran müharibəsində ortaq maraqlar biləşdirir. Ona görə də bu görüşün dünyanın taleyinə heç bir ciddi təsiri yoxdur.
Lakin bütün hallarda görüşməm, danışmaq müharibə etməkdən, qan tökməkdən qat-qat yaxşıdır. O səbəbdən belə götrüşlərin çox keçirilməsini, danışıqların mümkün qədər çox aparılmasını arzulayırıq. Problemlərin sivil həlli yalnız danışıqlardan keçir.
Məleykə Abbaszadə DİM-dən getdi
– Məleykə Abbaszadə DİM-dən getdi, hamını testin taleyi maraqlandırdı. Mən bu haqda sosial şəbəkələrdə bir kontent paylaşdım, ətrafımdakı insnaların da eyni fikirdə olduğunu görüm. Bizdə həmişə bir yenilik baş verəndə insanlar daha çox onun zərəri haqında düşünməyə başlayırlar. Çünki zaman-zaman ölkədə aparılan islaharlar müsbət yox, mənfi nəticələr verib.
Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasındakı ziddiyyətlər mətbuatın çoxdankı mövzusudur. Məleykə xanım testi uzun illərin korrupsiya burulğanında qoruyub-saxladığ üçün, indi onun gedişi adamlarda narahatlıq yaradır. Qollarını çırmalayıb fürsət gözləyən rüşvətxor məmurları az qala canlı olaraq görürük.
Heç kiimə sir deyil ki, sovet dövründən ali məkətblər açıq-aşkar korrupsiya yuvası olub. Nəinki hər ali məktəbin, hətta hər fakültənin qiyməti adamlara məlum idi. Çoxu eyni vəziyyətin yenidən qayıtmasından, kasıb uşaqların nüfuzlu fakültələrə həsrət qalmasından qorxur. Test bu sağalmaz xəstəliyin yeganə əlacıdır. Əlbəttə, testin də öz problemləri var. Lakin bu problemlərdən Azərbaycan kimi ölkələrdə danışmaq yersizdir. Biz bu söhbəti yalnız təhsilin inkişafı haqqında səmimi-qəlbdən düşünəndəın sonra edə bilərik. El dili ilə desək, adam olandan sonra...
Universitet müəlliminin müəmmalı ölümü
– Bakı Dövlət Universiytetinin müəllimi, dosent Nəriman Qocatürkün tələbə qızlara qarşı seksual qısnama etməsi ilə bağlı kontentlər yayıldı. Təxminən bir həftə sonra müəllim sosial şəbəkədə vida məktubu yazaraq həyatını itirdi. Ardınca Nəriman müəllimin jurnalist həyat yoldaşı onun rektorun qurbanı olduğunu dedi. Bunun ardınca BDU-nun rektoru işdən çılxarıldı. Daha sonra akademik Nizami Cəfərovun öz müəllim həmkarı ilə bağlı ölkə başçısına müraciət məktubu yayımlandı. Görün, sosial şəbəkələr necə böyük bir gücə çevrilib. O öldürür. Bizim hər birimizin əli ilə öldürür. İnsanlar sanki qəzəb və nifrətini tökməyə məqam axtarır. Hətta qurban onlardan biri olsa da, rəhm etmir, axıracan gedir.
Halbuki Nəriman Qocatürk bir az səbir etsəydi, hər şey aydınlığa çıxardı.
Qarşı tərəf əlində vatsapvə e-mail yazışmlaarı olduğunu bildirir. Bu yazışmalar vasitəsi ilə məsələni aydınlaşdırmaq elə də çətin deyil. Üstəlik, söhbət “Tələbə mediası” adlı konkret səhifədən gedir. Əsas yayımları bu səhifə edib. Onun sahiblərini və yaydıqları faktların doğru-yalanlığını tapmaq hüquq-mühafizə orqanları üçün asan bir işdir. Ümid edirik, gec-tez doğruları öyrənib ictimaiyyət üçün açıqlama verəcəklər və günahkarlar öz cəzasına çatacaq.
Dərsliklər...
– Biz dərsliklər deyəndə daha çox Azərbaycan dili və ədəbiyyatdan danışırıq, lakin bu yaxınlarda fizika dərsliyi ilə bağlı da maraqlı bir polemika aparıldı, tanınmış alim, əməkdar elm xadimi Şahlar Əsgərov fizika dərsliklərində 286 məzmun səhvi tapdığını bildirdi. Bu da tarix və ya ədəbiyyat deyil. Fizikanı xarici ölkələrdən köçürürük. Belə çıxır, biz heç dərsliyi üzündən köçürə də bilmirik. Mən deyəndə ki, kimsə məqsədli şəkildə uşaqlarımızın savadsız olmasına çalışır, sözümü qəribliyə salırsınız. Riyaziyyatla bağlı müzakirədə qiymətləndirmə normal getdi. Lakin təhsil eksperti Etibar Əliyev marqalı bir statustika açıladı. Aərbaycanda abituriyentlər 20-30 faizdən yüksək göstərici əldə edə bilmirlər. Yəni bu sahədə kütləvi savadsızlıqdır.
Suallar çoxdur, cavablar yoxdur,
Elm və Təhsil Nazirliyi isə tebnder elan etdiyini açıqlayaraq məsuliyyəti öz boynundan atır. Halbuki nəticə yoxdursa, dərslikılərdən həm müəllimlər, həm uşaqlar, həm valideylər, həm də mütəxəssislər narazıdırsa, görülən bütün tədbirlər əhəmiyyətsizdir və bu təcrübəni təkrar etmək olmaz. O tenderlərin də necə keçirildiyindən xəbərimiz var. Və bu necə tenederdirsə, illər boyu nə dərslik müəllifləri dəyişir, nə də dərsliklərin nəşr olunduğu nəşriyyatlar. Bu müəlliflərin və bu nəşriyyatların hansı üstün məziyyətləri var, şəxsən mən ha axtarıram, tapa bilmirəm, bəlkə, siz mənə köpmək edəsiniz.
Milli Məclisdə mədəniyyət fırtınası...
– Milli Məclisin mədəniyyət komissiyasında bizim yazıçıların, musiqiçilərin və rəssamların iclası keçirildi. AYB sədri Anar müəllim bir müdət öncə bağlanan Tərcümə Mərkəzinin maliyyəsinin rəhbərlik etdiyi qurumun nəzdindəki tərcümə mərkəzinə köçürülməsini istədi. Məluamt üçün deyim ki, Xalq yazıçısı Afaq Məsud rəhbərlik etdiyi Tərcümə Mərkəzinə görə AYB sədri ilə böyük problem yaşayırdı. Anar ədəbiyyata aid hər şeyi öz nəzarətinə götürmək istəyir. Afaq xanım isə mərhum Aydın Məmmədovdan yadigar qalan bu qurumu haqlı olaraq Anara vermək istəmədi, onu dövlət qurumu kimi təşkilatlandırdı və ətrafına onlarla ciddi imza topladı. Daha sonra bu qurum ölkə rəhbərliyi tərəfindən lğv olundu. İndi Anar, böyük ehtimalla elə maliyyə qənaətinə gprə ləğv olunan həmin qurumun maliyyəsini AYB-yə cəlb etməklə bir növ qələbə triumfu yaşamaq, öz yaşlı ambisiyasını bir daha yeritmək istəyir.
AYB-nin nəzdindəki Tərcümə və ədəbi Əlaqələr Mərkəzi son illərə qədər çox maraqlı işlər görürdü. “Dünya ədəbiyyatı” adlı maraqlı bir dərgi buraxırdı. Onlarla qabaqcıl ölkənin ədəbiyyatı ayrıca antologiya şəklində təqdim olunurdu. Axırınc qurultaydan sonra isə bu mərkəzə tənqidçi adı ilə mədhiyyə və tərənnümlə məşğul olan bir nəfər gətirdilər, indi deyilənə görə, Yazıçılar Birliyində bütün günü mahnı oxumaqla məşğuldur. Çünki nə tərcümə işinə, nə də ədəbi əlaqələrə heç bir aiddiyatı yoxdur. Bu gün problemlərlə dolu ölkəmizdə ədəbi əlaqlərdən daha bərbad bir sahə tapmaq qeyri-mümkündür.
2027-ci ildə Anar müəllimin AYB sədrliyinin qırx ili tamam olur. Bu qırx ildə Yazıçılar Birliyi nəinki dünyanın, heç Türkiyə və Gürcüstanın ədəbi prosesinə daxil ola bilən bir əsər təqdim edə bilməyib. İndi də belə bir ölü fəaliyyət üçün böyük bir qurumun maliyyəsini istəyir.
Komitə iclasında çıxış edən Rəssamlar İttifaqının sdəri Fərhad Xəlilov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də aşağı-yuxarı eyni mövqe nümayiş etdirdlər. Onları yalnız qazanc maraqlandırdı.
Anar və Fərhad Xəlilov 1987-ci ildən, Fərhad müəllim 1991-ci ildən, Firəngiz xanım isə 2001-ci ildən rəhbər vəzifələrdədirlər. İndi durub ciddi-ciddi ən adi problemlərdən danışırlar. Əgər bu problemlər doğrudan da varsa, bu iyirmi-otuz ildə nə iş görüblər?
Bu və ya digər səbəblərdəndir ki, Fərhad Bədəlbəylinin çıxışı sosial şəbəkələrdə böyük etiraz doğrudu. Adam öz dili ilə mədəniyyət sahəsindəki köhnə rəhbərlərin qalib Azərbaycana layiq fəaliyyət göstərə bilmədiyini söylədi. Lakin məqsədi heç də səmimi deyildi. Fikir vermişəm, kim öz işinin öhdəsindən gələ, üstünə düşən vəzifəni yerinə yetirə bilmirsə, söhbətə ölkə başçısını tərifləməklə girişir, bir növ özünü sığortlayır.
Ölkəmizin ən ciddi problemlərindən biri xalqa heç vaxt dəxli olmayan, heç vaxt yaddaqalan bir ziyalı mövqeyi göstərməyən bu sayaq rusdilli elita ilə bağlıdır. İnsafən, Anar müəllim bunlarla müqyisədə xeyli milli adamdır.
Fərhad Bədəlbəyli kimi elita nümayəndələri, həmişə ortada yeyib qıraqda gəziblər. Onlar Qarabağ məsələsində də həmişə kifayət qədər ehyyatlı davranıblar. Sadəcə bu məsələdə hakimiyyət öz iradəsini ortaya qoyur deyə, hamısı yalançı qəhrəmana çevrilib. Əks təqdirdə, başqa tale yüklü məsələlərdə də xalqın mövqeyindən çıxış edərdilər.
