Azərbaycan-Almaniya əlaqələrində yeni səhifə
Bakı və Berlin arasında qarşılıqlı etimada dayanan əlaqələr bütün Avrasiya məkanının sabitliyinə və rifahına xidmət edir Bu gün Avrasiya məkanında nəqliyyat qovşağı və etibarlı enerji təchizatçısı kimi mövqeyini tam möhkəmləndirən Azərbaycanla Avropanın aparıcı iqtisadi gücü olan Almaniya arasındakı münasibətlər yeni müstəviyə qədəm qoyub. Təkcə 2026-cı ilin yanvarında Azərbaycan qazının birbaşa Almaniya bazarına çıxarılması və iyulda Berlində imzalanan strateji sənədlər ikitərəfli əlaqələrin diplomatik çərçivədən çıxaraq real geosiyasi və iqtisadi ittifaqa çevrildiyini göstərir. Almaniyanın xarici işlər naziri Yohann David Vadefulun noyabrın 17-də Bakıya etdiyi səfər isə bu tərəfdaşlığın həm regional sülhə, həm də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrin növbəti təsdiqi oldu. İkitərəfli münasibətlər daha da genişlənib Almaniya 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən biri olub. O zamandan qurulan diplomatik əlaqələr və hər iki ölkədə açılan səfirliklər otuz ildən artıq müddətdə davamlı siyasi dialoqa zəmin yaradıb. 2027-ci ildə diplomatik münasibətlərin 35-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan və Almaniya bu yubileyə artıq sadə tərəfdaş kimi deyil, strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlər kimi gedir. İnkişaf edən əlaqələr bu ilin iyul ayında Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ilə daha da dinamiklik qazandı. Berlində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan strateji sənədlər və verilən bəyanatlar Azərbaycan ilə Almaniya arasında tərəfdaşlığın yalnız regional deyil, qlobal geosiyasi çəkiyə malik olduğunu bir daha sübut etdi. Səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" münasibətlərin gələcək inkişaf istiqamətlərinin yol xəritəsi oldu. Bəyannamə siyasi dialoq,












