Çağırışaqədər yaşlı vətəndaşların və çağırışçıların tibbi şəhadətləndirilməsi qaydası açıqlanıb


Çağırışaqədər yaş həddində olan vətəndaşlar və çağırışçılar tibbi şəhadətləndirmədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi həkim komissiyasında keçirlər.
"PostMedia" xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, vətəndaşlar qeydiyyatda olduqları rayon (şəhər) baş idarəsinin (idarə, şöbə və ya bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilir.
Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasına əsasən qəbul edilir.
📲 Xəbərləri ilk siz oxuyun — bizi izləyin