Güclü yağışlar səbəbindən dəmir yolu xətləri bağlandı - bu ölkədə
Ajans.az xəbər verir ki, bu barədə “La Voz de Galicia” qəzeti məlumat yayıb.Bildirilir ki, noyabrın 15-də baş verən sürüşmələr bir neçə avtomobil yolunun bağlanmasına səbəb olub. Vilamartin-de-Valdeorras bələdiyyəsində körpü uçub, Kiropa bələdiyyəsində isə torpaq və daş kütlələri dəmir yolu xətlərini bağlayıb.Bundan başqa, bir sıra yaşayış məntəqələrinin küçələri su altında qalıb. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.Qeyd edək ki, İspaniyanın Dövlət Meteorologiya Agentliyi ötən həftə leysan yağışlar və güclü küləklərlə əlaqədar ölkənin demək olar ki, bütün ərazisi üzrə hava xəbərdarlığı elan etmişdi.












