İran ABŞ-yə məxsus hərbi PUA-nı ələ keçirdi


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus hərbi pilotsuz uçuş aparatını ələ keçirdiyini bildirib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, İran Hərbi Dəniz Qüvvələri radioelektron mübarizə vasitələrindən istifadə edərək MQM-170 tipli PUA-nı Qeşm adasının cənubunda nəzarətə götürüb və yerə endirib.
Hərbçilər bildiriblər ki, bu, radioelektron mübarizə və PUA komandanlığı tərəfindən zədələnmədən ələ keçirilən həmin tipli dördüncü pilotsuz aparatı olub.
SEPAH-ın məlumatına əsasən, PUA-nın uzunluğu 2,7 metr, çəkisi isə 68 kiloqramdır.
