Telegrama giriş bloklandı - bu ölkələrdə


İraq hakimiyyəti Telegram messencerinə girişi bloklayıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qərar platformanı idarə edən şirkətin qanunvericiliyin tələblərini yerinə yetirməməsi və qaydaları pozan məzmunların silinməsi üçün zəruri addımlar atmaması ilə əlaqədardır.
Şirkətə hüquqi statusunu qaydaya salmaq və pozuntuları aradan qaldırmaq üçün 30 gün vaxt verilib.
Qeyd edək ki, bundan əvvəl İordaniya da milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək Telegram-a girişi məhdudlaşdırıb. Rəsmi açıqlamada platformanın ekstremizmin yayılması və milli təhlükəsizliyə təhdid yaradan kibercinayətlər üçün istifadə oluna biləcəyi bildirilib.
