Fransa Rusiyanı Ukraynada atəşkəsə razılaşmağa çağırdı


Fransanın Avropa və Xarici İşlər naziri Jan-Noel Barro Rusiya Prezidenti Vladimir Putini Ukraynada atəşkəs təkliflərini qəbul etməyə çağırıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, nazir bu barədə noyabrın 16-da Brüsseldə Avropa İttifaqının Xarici İşlər Şurasının iclasına gələrkən danışıb.
Barro bildirib ki, davamlı sülhün təmin olunması üçün atəşkəs yeni təcavüzün qarşısını alacaq təhlükəsizlik zəmanətləri ilə müşayiət olunmalıdır.
O, həmçinin vurğulayıb ki, Avropa ölkələri öz təhlükəsizliklərinin təmin edilməsində daha böyük məsuliyyəti üzərlərinə götürməkdə qərarlıdırlar.
Nazirin sözlərinə görə, hər bir dövlət qonşu ölkənin təzyiqi olmadan öz müttəfiqlərini seçmək hüququna malik olmalıdır.