Keçmiş vəzifəli şəxsin avtomobili partladıldı: Qadın saxlanıldı - bu ölkədə


Moskvada Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun sabiq müşaviri Sergey Zavorotnının avtomobilini partlatmaqda şübhəli bilinən qadın saxlanılıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2005-ci il təvəllüdlü Moskva sakini dələduzların psixoloji təsiri altına düşüb. O, əvvəlcə Rusiya Mərkəzi Bankının əməkdaşı kimi təqdim olunan şəxslərin təsiri ilə külli miqdarda pulunu saxta “təhlükəsiz hesablara” köçürüb, daha sonra isə ağır cinayətə cəlb olunub.
İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, şübhəli qadın Sergey Zavorotnının avtomobilinin alt hissəsinə partlayıcı qurğu yerləşdirib.
Hazırda hadisə ilə bağlı istintaq hərəkətləri davam etdirilir, digər mümkün iştirakçıların şəxsiyyəti müəyyənləşdirilir.
1 mənbə
