Yunan-Roma güləşçilərimizdən Qazaxıstanda uğurlu çıxış


Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Offsideplus.az xəbər verir ki, ənənəvi yarışda Azərbaycanın U-20 milli komandası məşqçi Akif Əliyevin rəhbərliyi altında təmsil olunub. Turnirdə pəhləvanlarımız fəxri kürsüyə qalxmağı bacarıblar.
77 kq çəki dərəcəsində finalda iki təmsilçimiz üz-üzə gəlib. Qardaşı Cavad Məmmədova 3:1 hesabı ilə qalib gələn Davud Məmmədov turnirin çempionu olub. Cavad Məmmədov isə gümüş medalla kifayətlənib.