Yer kürəsində insan ayağının dəymədiyi bu ərazilər nəyi ilə seçilir?


Sakit okeandakı Marşall adalarına daxil olan Bikar və Bokak atollaları Yer kürəsində insan ayağının dəymədiyi ərazilər hesab olunur.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, Havay Universitetinin dəniz ekoloqu Alan Fridlanderin rəhbərlik etdiyi beynəlxalq ekspedisiya 2023-cü ildə bu atolllarda kompleks tədqiqat aparıb.
Alimlər müəyyən ediblər ki, ərazilərin mərcan rifləri zəngin biomüxtəlifliyi ilə seçilir.
Burada çoxsaylı balıq növləri, rif köpəkbalıqları, nəhəng molyusklar və yaşıl dəniz tısbağaları yaşayır. Bikar atolunda tədqiqatçılar yaşıl dəniz tısbağalarına aid 132 yuva yeri də aşkar ediblər.
Araşdırma zamanı Bokak atolunda nəsli kəsilmək təhlükəsi altında olan donqar tutuquşu balıqlarına da rast gəlinib.
Tədqiqatçılar bildirirlər ki, bu ərazilər insan fəaliyyətindən nisbətən qorunsa da, iqlim dəyişikliyi, okean sularının isinməsi və digər ölkələrdən gələn plastik tullantılar onların ekosisteminə təsir göstərir. Araşdırmanın nəticələri “Frontiers in Marine Science” jurnalında dərc olunub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
