“Xilasedici” Sloveniya klubuna qarşı
Futbolinfofutbolinfo


1 dəqiqədən az
Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk matçında Sloveniyanın “ACH Volley Lyublyana” kollektivini qəbul edəcək.
Fövqəladə Hallar Nazirliyinin idman zalındakı qarşılaşma saat 18:00-da start götürəcək. Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Lyublyana şəhərində keçiriləcək.
Xatırladaq ki, “Xilasedici” II təsnifat mərhələsində Portuqaliyanın “Sportinq” klubunu məğlub edib.
Dərc vaxtına görə
Futbolinfooxuduğunuz
“Xilasedici” Sloveniya klubuna qarşı