Xankəndi stadionunda duyğusal anlar – İlk topa şəhid övladı toxundu


İDMAN
19 Noyabr 2026 | 16:02 | Müəllif: Əli Hüseynov
Azərbaycan I Liqasının VIII turu çərçivəsində keçirilən “Xankəndi” – “Karvan-Yevlax” qarşılaşması duyğusal anlarla başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, əsaslı yenidənqurmadan sonra ilk rəsmi futbol matçına ev sahibliyi edən Xankəndi şəhər stadionunda rəmzi ilk zərbəni şəhid övladı vurub.
Şəhid övladının topa ilk toxunuşu stadionda əyləşən azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.
Beləliklə, Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi qarşılaşmaya mənəvi və rəmzi məna daşıyan anlarla start verilib. Hazırda “Xankəndi” – “Karvan-Yevlax” oyunu davam edir.
Günəş Mərd