ÜST:Antibiotiklərə davamlılıq 25 ildə 39 milyon insanın ölümünə səbəb ola bilər


Dünya
0 0
16.11.2026 21:47
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antimikrob dərmanlara qarşı davamlılığın növbəti 25 il ərzində 39 milyon insanın ölümünə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Təşkilat bildirir ki, antibiotiklərə davamlılığın artması adi cərrahi əməliyyatları və doğuşları belə həyati təhlükəli vəziyyətə çevirə bilər.
ÜST-nin məlumatına görə, 2023-cü ildə laboratoriyada təsdiqlənmiş hər 6 bakterial infeksiyadan biri müalicədə istifadə olunan antibiotiklərə davamlı olub.
1 mənbə
