Bu ölkə rus idmançılara "yox" dedi


DÜNYA
32
19.11.2026, 21:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Hollandiya Heerenveendə keçiriləcək Sürət Konkisi üzrə Dünya Kuboku mərhələsi üçün demək olar ki, bütün Rusiya nümayəndə heyətinə viza verməkdən imtina edib.
Oxu24.com xəbər verir ki,Niderland Kral Konkisürmə İttifaqı Rusiya idmançılarını yarışda iştirak etməyə dəvət etdiyini açıqlayıb, lakin viza vermək qərarının Xarici İşlər Nazirliyinin səlahiyyətində qaldığını qeyd edib.
NOS xəbər verir ki, "Rusiya konkisürənləri dekabrın əvvəlində Hollandiyanın Heerenveen şəhərində keçiriləcək Sürət Konkisi üzrə Dünya Kuboku mərhələsində iştirak etməyəcəklər. Demək olar ki, bütün Rusiya nümayəndə heyətinə viza verməkdən imtina edilib".
Rusiyanın buz üzərində yeganə təmsilçisi Fransa Şengen vizası ilə ölkəyə daxil ola biləcək 22 yaşlı Daniil Naydenişev olacaq.
Turnir 4-6 dekabr tarixlərində Heerenveendə keçiriləcək və seriyanın üçüncü mərhələsi olacaq.
Nigar
Həmçinin oxuyun
Digər xəbərlər
