Merts Rusiyaya qarşı sanksiyaların ləğvini istisna etmədi
Yenicag.azAqil Bəkir


Dünya
19 Noyabr 2026, 21:14
110 baxış
Almaniya kansleri Fridrix Merts Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş əldə olunacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv edilə biləcəyini bildirib.
Yenicag.az xəbər verir ki, o, bunu Berlində “İstəklilər koalisiyası”nın görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Merts bildirib ki, bunun üçün Ukraynanın suverenliyi və ərazi məsələləri üzrə razılıq əldə olunması vacibdir.
O, həmçinin Ukraynanın Avropaya inteqrasiyasını və ölkənin bərpasına dəstəyi vacib hesab etdiyini vurğulayıb.
