Türkiyə dünyada ilk pilotsuz qırıcıya sahib ölkədir

21:02 / 19.11.2026
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edən ölkə olub.
AFN.az ölkə mediasına istinadən xəbər verir ki, bu barədə zərbə tipli pilotsuz uçuş aparatının istehsalçısı “Baykar” şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasına görə, Türkiyənin öz imkanları hesabına hazırladığı “Kızılelma” pilotsuz qırıcısının qəbul sınaqlarından uğurla keçən ilk üç ədədi noyabrın 19-da təhlükəsizlik qüvvələrinə təhvil verilib. Bununla da Türkiyə dünya aviasiya tarixində pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edən ilk ölkə olub.
“Kızılelma” ilk dəfə 2022-ci ilin avqustunda Qara dəniz sahilində yerləşən Samsun şəhərində keçirilən “Teknofest” aviasiya-kosmik sərgisində nümayiş etdirilib. Təyyarə MIUS döyüş pilotsuz aviasiya kompleksi layihəsi çərçivəsində hazırlanıb.
Pilotsuz qırıcının maksimal uçuş çəkisi təxminən 6 ton, faydalı yükü isə 2 tona yaxındır. Aparat 12 kilometr yüksəklikdə 5-6 saat ərzində uçuş həyata keçirə bilir.
AFN.az
