Ukrayna Rusiyanın partlayıcı maddələrin istehsalında istifadə olunan komponentləri hazırlayan “Doroqobuj” kimya zavoduna zərbə endirib


Noyabrın 20-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin zərbə PUA-ları Rusiyanın Smolensk vilayətində yerləşən “Doroqobuj” kimya zavodunu hədəfə alıb.
Ordu.az xəbər verir ki, bu barədə “Exilenova+” monitorinq resursu məlumat yayıb.
Noyabrın 20-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin zərbə PUA-ları Rusiyanın Smolensk vilayətində yerləşən “Doroqobuj” kimya zavoduna hücum edib. Müəssisə partlayıcı maddələrin istehsalında istifadə olunan komponentlər hazırlayır.
“Exilenova+” monitorinq resursunun məlumatına görə, yerli sakinlərin paylaşdığı videolarda zərbə anı və müəssisənin ərazisində baş verən yanğın görünür.
“Doroqobuj” açıq səhmdar cəmiyyəti azot turşusu, ammonyak, azot-fosfor-kalium tərkibli gübrələr və ammonium nitrat istehsalı üzrə ixtisaslaşıb.
Bu komponentlər Rusiyanın hərbi ehtiyacları üçün müxtəlif növ döyüş sursatlarının doldurulmasında istifadə olunan trotil, RDX, HMX və digər partlayıcı maddələrin istehsalında geniş tətbiq edilir.
Müəssisə 54.903184, 33.265657 koordinatlarında yerləşir.
Qeyd edək ki, “Doroqobuj” zavodu daha əvvəl 2026-cı il fevralın 25-nə keçən gecə də hücuma məruz qalıb. Həmin vaxt da Rusiya müəssisəsinin ərazisində yanğın baş verib və yerli sakinlər hadisəni videoya çəkiblər.
Sevinc Əliyeva Ordu.az
