Tusk, Rzeszow Hava Limanının bağlanmasından sonra hava təhlükəsinin olmadığını söylədi-
.jpg)
.jpg)
12:06 Dünya
Polşanın Baş naziri Donald Tusk hazırda ölkə üçün heç bir hava təhlükəsi olmadığını bildirib. Olaylar.az xəbər verir ki, Tusk X-də yazıb: "Milli Müdafiə və Daxili İşlər nazirləri Vladislav Kosiniak-Kamış və Marçin Kervinskidən Polşa hava məkanının pozulması ilə əlaqədar Bilqoray qraflığındakı təhlükəsizlik vəziyyəti ilə bağlı hesabat aldım. Hazırda hava təhlükəsi yoxdur. Müvafiq xidmətlər yerində işləyir".
Daha əvvəl Polşanın hava naviqasiya agentliyi PANSA Rzeszow hava limanının hərbçilərin xahişi ilə müvəqqəti olaraq mülki uçuşlar göndərmədiyini və ya qəbul etmədiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
1 mənbə
