Qəzzada İsrailin hücumu nəticəsində 60 yaşlı fələstinli öldürülüb


İsrail ordusunun Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat Qaçqınlar düşərgəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində 60 yaşlı fələstinli həlak olub.
Avde Xəstəxanasından verilən məlumata görə, İsrailə məxsus PUA düşərgədə Diyab İsa Radi adlı şəxsi hədəfə alıb. O, hadisə yerində həyatını itirib.
Bundan başqa, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində İsrail ordusuna məxsus hərbi texnikadan Fələstinlilərin evlərinə və məcburi köçkünlərin məskunlaşdığı çadırlara intensiv atəş açılıb.
Qeyd edək ki, 10 oktyabr 2025-ci ildən qüvvədə olan atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza zolağına hücumlarını davam etdirir.