Türkiyəli kişi 19 yaşlı qızı evinə çağırdı


Tailandın məşhur turizm mərkəzi Pattayada türk turistin 110 min lirə (təxminən 3700 manat) dəyərində pulu oğurlanıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 19 yaşlı qız saxlanılıb.
Məlumata görə, turist Serkan V. polisə müraciətində qaldığı binaya dəvət etdiyi şəxsin pulu götürərək qaçdığını bildirib.
Şikayət əsasında araşdırmalara başlayan Pattaya polisi ərazidəki təhlükəsizlik kameralarının görüntülərini incələyərək şübhəlinin kimliyini və qaldığı ünvanı müəyyənləşdirib.
Məlum olub ki, 19 yaşlı şübhəli oğurladığı pulun bir hissəsini valyuta mübadiləsi məntəqəsində dəyişdirdikdən sonra qaldığı mənzilə qayıdıb. Polis əməkdaşları əməliyyat keçirərək onu mənzildə yaxalayıblar.
Qeyd olunub ki, oğurlanan pulun hamısı sahibinə geri qaytarılıb. Şübhəli barəsində hüquqi prosedurlara başlanılıb.
Müəllif: Roza