Ukrayna hücumundan sonra Kursk şəhəri bu hala düşdü – Foto


Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə zərbə endirib. Nəticədə 11 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Telegram kanalları yazıb.
Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn bildirib ki, tibb müəssisəsində üç qadın, fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə isə daha iki nəfər xəsarət alıb.
Onun sözlərinə görə, xoşbəxtlikdən, xəsarət alanların heç birinin vəziyyəti ağır deyil.
“Zərərin qiymətləndirilməsi davam edir. Bir daha vurğulamaq istəyirəm ki, hər kəsə mütləq yardım göstərəcəyik”, – deyə qubernator bildirib.
Bundan əvvəl ASTRA nəşri pilotsuz uçuş aparatlarının hücumu nəticəsində Kurskda korlar üçün nəzərdə tutulmuş Kursk Musiqi Kolleci-internatının yaxınlığında yanğın baş verdiyini müəyyənləşdirib.
Həmin ərazidə fərdi yaşayış evləri də yerləşir.
Aleksandr Xinşteyn daha əvvəl Kurskda PUA hücumu nəticəsində 9 nəfərin xəsarət aldığını bildirmişdi. Hücum zamanı yaşayış evlərinə, məhkəmə binasına, kollecə, kitabxanaya, travmatologiya məntəqəsinə və məişət xidmətləri evinə ziyan dəydiyi qeyd olunmuşdu.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play