Türkiyədə azərbaycanlıya qadını qətlə yetirmək ittihamı ilə ömürlük həbs istənilib


Türkiyənin Bursa şəhərində 20 yaşlı Arzu Xəlilovanı qətlə yetirməkdə təqsirləndirilən 28 yaşlı Azərbaycan vətəndaşı Mehmet Salicanın ömürlük azadlıqdan məhrum edilməsi tələb olunub.
Gunxeber.Az xəbər verir ki, hadisə 2025-ci il noyabrın 3-də Bursanın Yıldırım rayonunda baş verib.
Məlumata görə, dini nikahla birlikdə yaşayan və iki övladı olan Arzu Xəlilova ilə Mehmet Salican arasında mübahisə yaranıb. Mübahisənin böyüməsindən sonra kişi qayçı ilə qadına çoxsaylı xəsarətlər yetirib.
Evdən gələn səsləri eşidən M.Salicanın anası yuxarı mərtəbəyə qalxaraq Arzu Xəlilovanı hərəkətsiz vəziyyətdə görüb. Hadisə barədə məlumat verildikdən sonra ünvana polis və təcili tibbi yardım əməkdaşları gəliblər.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mehmet Salican isə polis tərəfindən saxlanılıb.
Ekspertiza zamanı Arzu Xəlilovanın bədənində 146 qayçı yarasının olduğu müəyyən edilib. Bildirilir ki, həmin xəsarətlərdən 72-si ayrı-ayrılıqda ölümcül xarakter daşıyıb.
Təqsirləndirilən şəxs istintaqa ifadəsində Arzu Xəlilova ilə dörd il dini nikahla yaşadığını, son aylarda psixoloji problemlər yaşadığını və bir müddət xəstəxanada müalicə aldığını iddia edib. O, hadisə günü aralarında yaranan mübahisədən sonra qayçı götürərək qadına dəfələrlə zərbə vurduğunu etiraf edib.
Məlumata əsasən, M.Salican əvvəllər “qəsdən xəsarət yetirmə”, “istifadə üçün narkotik maddə saxlama” və odlu silahlarla bağlı qanunvericiliyin pozulması üzrə səkkiz dəfə məhkum edilib. Həmçinin onun Arzu Xəlilovaya qarşı əvvəllər törətdiyi əməllə əlaqədar yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə ittihamı üzrə iş açıldığı bildirilir.
Bursada keçirilən məhkəmə iclasında Arzu Xəlilovanın anası Zülfiyyə Xəlilova, təqsirləndirilən şəxsin atası və tərəflərin vəkilləri iştirak ediblər.
M.Salican məhkəmədə əməlindən peşman olduğunu bildirib və hadisə zamanı özündə olmadığını iddia edərək azadlığa buraxılmasını istəyib.
Prokuror isə qətlin törədilmə şəraitini əsas gətirərək təqsirləndirilən şəxsin qadını qəsdən öldürmə ittihamı üzrə ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib.
Müdafiə tərəfi İstanbul Məhkəmə Tibb Ekspertizasının rəyinə etiraz edərək yeni ekspertizanın keçirilməsini və əlavə vaxt verilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib və proses təxirə salınıb.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
09:50
09:40
05:30
04:30
04:00
02:10
1 mənbə
