Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar


ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin süni intellektin (AI) irimiqyaslı hərbi əməliyyatlarla bağlı qərarları müstəqil qəbul etməməsi barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, iki lider hərbi qərarların qəbulunda insan iştirakının vacibliyini vurğulayıb. Tərəflər, həmçinin nüvə silahının yayılmasının qarşısının alınması, ticarət siyasəti və süni intellekt texnologiyalarının inkişafını müzakirə ediblər.
Dərc vaxtına görə
Publika.azoxuduğunuz
Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar