ABŞ və Çin liderləri süni intellektin hərbi sahədə istifadəsini məhdudlaşdırmaq barədə razılığa gəliblər


ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının lideri Si Cinpin süni intellektin irimiqyaslı hərbi əməliyyatlarla bağlı qərarları müstəqil şəkildə qəbul etməməli olduğu barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsi zamanı bildirib.
Onun sözlərinə görə, Tramp və Si Cinpin arasında süni intellektlə əlaqəli bütün hərbi qərarların qəbulunda insanın iştirak etməli və süni intellektə irimiqyaslı hərbi əməliyyatları avtonom şəkildə həyata keçirməyə icazə verilməməli olduğu barədə razılıq əldə olunub.
Bessent onu da əlavə edib ki, ABŞ və Çin liderləri nüvə silahlarının yayılmasının qarşısının alınması tədbirlərini də ətraflı müzakirə ediblər.
Görüşdə ticarət siyasəti və süni intellektin inkişafı məsələləri də gündəmdə olub.
Dərc vaxtına görə