ARTEX adlı süni intellekt sistemi kiberhücumlar üçün İSTİFADƏ OLUNUR
InterpressXuraman Etibarli


Çində smartfondan idarə olunan süni intellekt əsaslı haker sistemi yaradılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Çində ARTEX adlı süni intellekt sistemi hazırlanıb. Sistem smartfon vasitəsilə idarə olunur və istifadəçilərə tapşırıqları adi dildə verməyə imkan yaradır.
Süni intellekt daha sonra özü zəiflikləri aşkarlayır, hücum üsullarını seçir və uğursuz cəhdlərdən sonra strategiyasını dəyişir.
Nəşrin məlumatına görə, bu alət dünya üzrə yüzlərlə təşkilata qarşı həyata keçirilən kiberhücumlarla əlaqələndirilir.
Xuraman Etibarlı
İnterpress.az