Tramp və Si Cinpin razılığa gəlib


ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin süni intellektin irimiqyaslı hərbi əməliyyatlarla bağlı qərarları müstəqil şəkildə qəbul etməsinin yolverilməz olduğu barədə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.
Bessent qeyd edib ki, Tramp və Si Cinpinin hərbi qərarların qəbulunda insan iştirakının mütləq olması barədə razılığa gəlməsi mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, süni intellektə irimiqyaslı hərbi əməliyyatları müstəqil şəkildə həyata keçirmək imkanı verilməməlidir.
Nazir bildirib ki, ABŞ və Çin liderləri nüvə silahının yayılmasının qarşısının alınması tədbirlərini də ətraflı müzakirə ediblər.
Dərc vaxtına görə
Operativmedia.azoxuduğunuz
Tramp və Si Cinpin razılığa gəlib
