Qazaxıstanın ixracı 18 faizdən çox artıb, ticarət profisiti 20 milyard dolları keçib


Qazaxıstanın xarici ticarətində 2026-cı ilin ilk doqquz ayında əhəmiyyətli artım qeydə alınıb. Ölkənin ixracı idxaldan daha sürətli böyüyərək ticarət balansında müsbət fərqin genişlənməsinə səbəb olub.
Plat.az Qazaxıstanın Milli Statistika Bürosunun məlumatlarına istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 116,8 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz çoxdur. İxrac 18,1 faiz artaraq 68,4 milyard dollara, idxal isə 4 faiz yüksələrək 48,4 milyard dollara çatıb. Nəticədə xarici ticarət profisiti 20,1 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövründəki 11,4 milyard dollardan xeyli yüksəkdir. Xam neft nəzərə alınmadan ixracın 23 faiz artması xüsusilə diqqət çəkir. Mis, uran, gümüş, buğda, yağlar və digər məhsullar qeyri-neft ixracının genişlənməsinə əsas töhfə verib.
1 mənbə