Tramp Putinin qulağına nə pıçıldadı? Görüntülər gündəm oldu

ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində danışıqlar başlamazdan əvvəl Rusiya Prezidenti Vladimir Putinin qulağına nəsə pıçıldayıb.
News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Amerika liderinin rusiyalı həmkarına nə dediyi açıqlanmayıb. Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə həmin an Putinin gülümsədiyi görünür.
Bundan başqa, danışıqlardan əvvəl iki ölkə rəhbəri əl sıxaraq salamlaşıb.
Tramp Rusiya Prezidentini görməyinə şad olduğunu iki dəfə təkrarlayıb və onu dostu hesab etdiyini bildirib.
ABŞ Prezidenti Putinin mətbuat katibi Dmitri Peskovun fəaliyyətini də müsbət qiymətləndirib. O, salona daxil olarkən Kremlin nümayəndəsinə yaxınlaşaraq əlini çiyninə vurub və “İşinizi əla görürsünüz”, – deyib.