Tramp iri dövlətlərlə yeni ticarət sazişləri imzalayacağını açıqlayıb


BAKI, 19 noyabr. TELEQRAF
ABŞ yaxın vaxtlarda dünyanın iri dövlətləri ilə bir sıra yeni ticarət sazişləri imzalayacaq.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclasında bildirib.
“Yaxın gələcəkdə dünyanın ən böyük dövlətləri ilə çoxsaylı ticarət sazişləri imzalayacağıq”, – Tramp vurğulayıb.
ABŞ lideri hazırda sammit iştirakçılarından bir neçəsi ilə danışıqlar aparıldığını qeyd etsə də, konkret ölkələrin adlarını açıqlamayıb.
1 mənbə