Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir


19 noyabr 2026, 09:58 1 baxış 0
ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda İranla münaqişənin nizamlanmasına və Tehranla uzunmüddətli sazişin bağlanmasına nail olmaq niyyətindədir.
"Report" xəbər verir ki, ABŞ lideri bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.
"Bəli, mən bunu axıra çatdıracağam. Həm də tezliklə. Bu və ya digər şəkildə, biz işi sona çatdıracağıq. Onlar sövdələşmə bağlamaq istəyirlər, ancaq bizə uzunmüddətli razılaşma lazımdır", - Tramp vurğulayıb.
O, Vaşinqtonun İranla razılıq əldə edilənə qədər regionda Amerikanın hərbi mövcudluğunu qoruyub saxlamaq niyyətində olub-olmadığı ilə bağlı suala belə cavab verib.
Dərc vaxtına görə
