Tramp İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini vəd edib


ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə silahına sahib olmasına yol verməyəcəyini bildirib.
Ordu.az xəbər verir ki, Tramp bu barədə Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinlə keçirilən üçtərəfli görüş zamanı danışıb.
“Bundan (nüvə silahından) imtina etmək asan deyil. Lakin digər ölkələrdə nüvə silahının yayılmasına qarşı mübarizədə əməkdaşlıq etməyimiz son dərəcə vacibdir. Biz İranda məhz bunu edirik. İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik”, - deyə ABŞ prezidenti bildirib.
“Ölkə rəhbəri olduğunuz halda artıq nüvə silahına sahib olduqda ondan imtina etmək çox çətindir”, - deyə o izah edib.
“Bu, həyatın reallığıdır, bilirsiniz. Minlərlə silahınız var və onlardan qurtulmalısınız. Lakin bizdən başqa nüvə silahına sahib olan ölkələr də var, hərçənd onların silahlarının sayı xeyli azdır”, - deyə Tramp əlavə edib.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə
