Tramp: ABŞ İranın nüvə silahına sahib olmasına imkan verməyəcək


ABŞ Prezidenti Donald Tramp cümə axşamı Çinin Şençjen şəhərində keçirilən üçtərəfli görüş zamanı Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinə ABŞ-nin İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirib.
“Dünyanın digər ölkələrində nüvə silahlarının yayılması təhlükəsinə qarşı mübarizə aparmaq üçün əməkdaşlıq etməyimiz həyati əhəmiyyət daşıyır. Biz İranla bağlı da məhz bunu edirik. İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik”, – deyə Tramp bildirib.
Mövsüm,
AzNews.az
Dərc vaxtına görə
