Məscid yandırıldı: Baş nazirin tərəfdarları ittiham edilir - bu ölkədə


İsrailin şimalında yerləşən Əl-Dahi kəndində məscidin bir hissəsi yandırılıb. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Məscidin imamı Xalid əz-Zubinin sözlərinə görə, o, cümə axşamı səhər namazına gəldikdə binada tüstü və yanğın görüb. Təhlükəsizlik kameraları hadisə zamanı üç maskalı şəxsin məscidə daxil olmağa çalışdığını qeydə alıb. Onlar buna nail ola bilmədikdən sonra ikinci mərtəbənin pəncərəsini sındıraraq içəri yandırıcı maddə olan şüşələr atıblar.
İmam hadisəni irqçi hücum kimi qiymətləndirib. Yanğın nəticəsində ciddi zərər qeydə alınmadığı bildirilir.
İsrail müxalifətinin nümayəndələri hücumu ölkədə ərəb əhalisinə qarşı nifrətin qızışdırılması ilə əlaqələndiriblər. Müxalifət lideri Yair Lapid hadisəni nifrət zəminində törədilmiş ağır cinayət adlandırıb və Baş nazir Benyamin Netanyahunun sağçı düşərgəsini tənqid edib.
