Tramp ABŞ ordusunun rəhbərliyinə yeni namizəd irəli sürdü


ABŞ Prezidenti Donald Tramp general Kristofer LaNevenin Quru Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə daimi təyin olunması üçün namizədliyini irəli sürüb.
Xitab24.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, hazırda həmin vəzifəni müvəqqəti icra edən generalın namizədliyi rəsmi təsdiq proseduruna təqdim olunub.
Təyinat prosesi çərçivəsində ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi namizədin uyğunluğunu qiymətləndirir.
General LaNevenin vəzifəyə daimi təyin olunması üçün müvafiq təsdiq prosedurlarının tamamlanması tələb olunur.