Tom Berendsen: Niderlandın Kiyevdəki səfirliyinin binası zədələnib


DÜNYA
19 Noyabr 2026 | 19:04 | Müəllif: Subhan Mahmudov
Niderlandın Kiyevdəki səfirliyinin yaxınlığına mərmi düşməsi nəticəsində diplomatik nümayəndəliyin binası zədələnib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, diplomatik missiyanın əməkdaşları xəsarət almayıb, bina isə cüzi zədələnib. Hazırda hadisənin təfərrüatları araşdırılır.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa beynəlxalq ictimaiyyəti Rusiyanın xarici diplomatik missiyalara hücumlarını qətiyyətlə pisləməyə çağırıb və niderlandlı həmkarlarına dəstəyini bildirib.
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Tom Berendsen: Niderlandın Kiyevdəki səfirliyinin binası zədələnib
