“Titanik”dən sağ çıxan qadının brilyant üzüyü 145 min dollara satıldı


1912-ci ildə batan “Titanik” gəmisindən sağ çıxan məşhur sərnişinlərdən biri, britaniyalı modelyer Lüsi Daff-Qordona məxsus brilyant üzük hərracda 110 min funt-sterlinqə (təxminən 145 min dollar) satılıb.
Lent.az xəbər verir ki, bu barədə “Henry Aldridge & Son” hərrac evi məlumat yayıb.
Məlumata görə, üzüyün vaxtilə modelyerə nişan hədiyyəsi olaraq verildiyi ehtimal edilir.
Qiymətli zinət əşyası onilliklər ərzində Daff-Qordon ailəsində qorunub və nəsildən-nəslə ötürülüb.
Adı açıqlanmayan alıcıya üzüklə birlikdə onun mənşəyini təsdiqləyən məktub və Birmingem Əyar Palatası tərəfindən verilmiş brilyant sertifikatı da təqdim olunub.
Hərracda həmçinin Daff-Qordon ailəsinin “Titanik” faciəsindən sonra onları xilas edən “Karpatia” gəmisinin xəzinədarı Ernest Brauna təşəkkür əlaməti olaraq hədiyyə etdiyi siqaret qabı 24 min funt-sterlinqə (təxminən 31 min dollar) satılıb.
Dərc vaxtına görə
