Slovakiya Ukraynaya ayrılan Aİ kreditində iştirak etməyəcək


BAKI, 22 noyabr. TELEQRAF
Slovakiyanın Baş naziri Robert Fiko ölkəsinin Ukraynaya ayrılması nəzərdə tutulan 45 milyard avroluq yeni Avropa İttifaqı (Aİ) kreditində iştirak etməyəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Fiko Slovakiyanın əvvəlki 90 milyard avroluq kreditə də qoşulmadığını və bu mövqeyini qoruyacağını bildirib.
Onun sözlərinə görə, Ukraynaya ayrılan vəsaitlər geri qaytarılmayacaq, buna görə də bunlar kredit deyil, faktiki olaraq hədiyyədir.
Baş nazir, həmçinin Ukraynaya hərbi kredit verilməsində iştirak etmək üçün heç bir əsas görmədiyini vurğulayıb.