Almaniya və Qətər arasında milyardlarla dollarlıq razılaşma


Almaniya və Qətər müdafiə, texnologiya və investisiya sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Xitab24.az Al Jazeera telekanalına istinadən xəbər verir ki, Qətər əmiri Berlinə səfəri zamanı ölkəsinin Almaniyaya 16,5 milyard dollar həcmində yeni investisiya yatıracağını vəd edib.
Tərəflər iqtisadi və strateji əlaqələrin gücləndirilməsini iki ölkə üçün mühüm prioritet hesab edirlər.