Sülhü Azərbaycan və Türkiyə ilə qurmalıyıq - Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin Azərbaycan və Türkiyə ilə sülh danışıqlarına dair tənqidlərinə münasibət bildirib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Paşinyan bu fikirləri noyabrın 18-də parlamentdə hökumət saatı zamanı səsləndirib.
O bildirib ki, müxalifət daxili siyasi müzakirələrdə cəmiyyətdə narahatlıq yaratmaq üçün daim Azərbaycan və Türkiyənin adını gündəmə gətirir.
Paşinyan qeyd edib ki, Ermənistan əvvəllər sülh məsələsini müzakirə edərkən Azərbaycanla deyil, uzaq ölkələrlə münasibətlərə diqqət yetirib.
“Biz xarici səfərlərdən qayıdıb deyirdik ki, xalqımız, yaxşı xəbərimiz var, uzunmüddətli və dönməz sülhü təmin etmişik, amma Avstraliya, Braziliya və Argentina ilə. Əsas bir məqamı nəzərdən qaçırmışıq: sülhü öz qonşularımızla – Azərbaycan və Türkiyə ilə qurmalıyıq”, – deyə o bildirib.
Baş nazir əlavə edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə danışıqlar aparması təbii prosesdir və bu, ölkənin yaşadığı coğrafi mühitlə bağlıdır.