Sudanda qızıl mədəninə dron hücumu - Ölənlər var


Sudanın Cənubi Kordofan ştatında yerləşən qızıl mədəninə dron hücumu nəticəsində azı 10 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Xitab24.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Qədir (Gadeer) bölgəsindəki Bajun qızıl mədənində baş verib.
Hücum nəticəsində azı 10 nəfər həyatını itirib, yaralıların sayı isə dəqiqləşdirilməyib.
Məlumata görə, hücuma məruz qalan mədən ərazidə fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur. Lakin şirkətin adı və hansı tərəflə əlaqəli olduğu müəyyənləşdirilməyib.