Avropa narahatdır: Rusiya onları sülh danışıqlarına buraxacaq?


Avropa ölkələrinin nümayəndələri Rusiyanın onları Ukrayna ilə bağlı sülh danışıqlarına cəlb etməyə razılaşacağına şübhə ilə yanaşırlar.
Publika.az xəbər verir ki, bu barədə “Axios” nəşri avropalı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Berlində keçirilən “Könüllülər koalisiyası”nın görüşündən sonra ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna prezidenti Vladimir Zelenski, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşanın milli təhlükəsizlik müşavirləri, eləcə də Aİ və NATO rəsmiləri ilə görüşüblər.
Tərəflər gələn həftə keçirilməsi gözlənilən Ukrayna ilə bağlı növbəti danışıqlar mərhələsi ərəfəsində mövqelərini əlaqələndiriblər. Lakin mənbə Rusiyanın Avropa ölkələrinin sülh danışıqlarında real iştirakına icazə verəcəyinə dair ciddi şübhələrin olduğunu bildirib.
Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp da Berlindəki görüşün iştirakçılarına zəng edərək onları Rusiya prezidenti Vladimir Putinlə birbaşa təmas qurmağa çağırıb.
Müəllif: Roza
