Si Cinpin: Çin və Sinqapur strateji qarşılıqlı fəaliyyəti gücləndirməlidir


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin və Sinqapur dünyada son yüz ildə misli görünməmiş dəyişikliklər şəraitində strateji qarşılıqlı fəaliyyəti gücləndirməli və əməkdaşlığı inkişaf etdirməlidir.
"Report" "CCTV+" telekanalına istinadən xəbər verir ki, bunu Çin sədri Si Cinpin Şençjendə Sinqapurun Baş naziri Lourens Vonqla görüşündə bildirib.
Çin lideri vurğulayıb ki, hər iki ölkə innovasiyalar sahəsində liderlik edən inkişaf tərəfdaşları olmalı, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığı davam etdirməli, irimiqyaslı əməkdaşlıq layihələrinin yüksək səviyyədə icrasını təmin etməli, eləcə də azad ticarət haqqında sazişin genişləndirilmiş 4.0 versiyası üzrə danışıqlara başlamalıdır.
Si Cinpin rəqəmsal iqtisadiyyat, yaşıl inkişaf və süni intellekt kimi sahələrdə əməkdaşlıq üzrə əlamətdar nəticələrin əldə edilməsinə, eləcə də ikitərəfli əməkdaşlığın daha çox innovativlik, intellektuallıq və dayanıqlı inkişaf istiqamətində təşviq edilməsinə çağırıb.
1 mənbə
