Türkiyəni silkələyən kriminal dəstəyə qarşı əməliyyat – 37 nəfər QAÇDI


Türkiyədə “Bayğaralar” kimi tanınan silahlı cinayətkar qrupa qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində 101 şübhəli saxlanılıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.
Bildirilib ki, 13 vilayəti əhatə edən əməliyyat çərçivəsində qanunsuz fəaliyyətlərdə iştirak etməkdə şübhəli bilinən, 12-si yetkinlik yaşına çatmayan olmaqla, ümumilikdə 138 nəfər müəyyən edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 135 ünvanda axtarış və saxlama tədbirləri həyata keçiriblər.
Əməliyyat zamanı 101 nəfər saxlanılıb, 37 şübhəlinin axtarışı davam edir. Onlardan 23-nün xaricdə gizləndiyi ehtimal olunur.
İstintaqa Adana Prokurorluğu rəhbərlik edir. Müstəntiqlərin məlumatına görə, cinayətkar qrupun üzvləri iş adamlarından silahlı hədə-qorxu yolu ilə pul tələb edib, tələbləri yerinə yetirilmədikdə isə onların biznes obyektlərinə silahlı hücumlar təşkil ediblər.
Şübhəlilərin qəsdən adam öldürmə, sağlamlığa qəsdən ağır xəsarət yetirmə, quldurluq, silahlı hədə-qorxu və qanunsuz azadlıqdan məhrumetmə kimi ağır cinayətlərdə iştirak etdikləri ehtimal olunur.
Hüquq-mühafizə orqanları həmçinin qrupun ölkə xaricindəki rəhbərliyin göstərişləri əsasında fəaliyyət göstərdiyini müəyyən ediblər.
Hazırda axtarışda olan digər 37 şübhəlinin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
