Si Cinpin: “Çin və ABŞ arasında konstruktiv münasibətləri yeni məzmunla müəyyənləşdirmişik”


Çin prezidenti Si Cinpin ABŞ ilə münasibətlərin sabit olduğunu və getdikcə yaxşılaşdığını bildirərək, Donald Trampla əməkdaşlığı davam etdirməyə hazır olduğunu açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Si Cinpin Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşündə danışıb.
Çin lideri iki ölkə arasındakı münasibətləri “düzgün istiqamətdə” inkişaf etdirmək üçün Trampla əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.
“Biz Çin-Amerika arasında konstruktiv və strateji baxımdan sabit münasibətləri yeni şəkildə müəyyənləşdirmiş, onlara hörmət, ədalət və qarşılıqlılıq prinsiplərinə əsaslanan yeni məzmun vermişik”, - deyə Si Cinpin bildirib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
