Serbiyada ticarət mərkəzində 10 uşaq yaralandı - Video


Serbiyanın paytaxtı Belqradda yerləşən "Qalereya" ticarət mərkəzində eskalatordan yıxılma nəticəsində 10 azyaşlı xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Serbiya Radio və Televiziyası məlumat yayıb.
Məlumata görə, xəsarət alanlardan yeddisinin vəziyyəti ağır, üçünün vəziyyəti isə yüngüldür.
Yaralılara tibbi yardım göstərilir. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil və araşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/dunya/serbiy…
Qaynar xətt:
(055) 224 12 12