Salyanda avtomobilin vurduğu 89 yaşlı piyada ölüb
Cənub Mediaadmin


Salyan rayonunda avtomobilin vurduğu piyada hadisə yerində həyatını itirib.
Cənub Media xəbər verir ki, hadisə axşam saatlarında Salyan–Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Allahverən Alış oğlu Əliyev yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Cənub Media, Salyan
Views: 137
Post navigation
Dərc vaxtına görə
Cənub Mediaoxuduğunuz
Salyanda avtomobilin vurduğu 89 yaşlı piyada ölüb
Ordu.az+1 mənbə