Ermənistanda TRIPP layihəsi çərçivəsində hazırlıq işləri üçün vəsait ayrılıb


Ermənistanda TRIPP layihəsinin (Zəngəzur dəhlizi-red.) həyata keçirilməsi çərçivəsində xidmətlərin və işlərin satın alınması üçün 16 milyon dram, təxminən 44 min dollar vəsait ayrılıb.
Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin noyabrın 19-da keçirilən iclasında qəbul edilib.
Məlumata görə, ayrılmış vəsait hesabına ərazinin təmizlənməsi üzrə hazırlıq işləri aparılacaq. Xüsusilə, tunellərin daş və zibildən təmizlənməsi, orada toplanmış torpağın çıxarılması və digər işlərin görülməsi nəzərdə tutulur.
Alpər Mövludoğlu Ordu.az
Dərc vaxtına görə