Ermənistan hökuməti TRIPP layihəsinin icrası çərçivəsində hazırlıq işləri üçün vəsait ayırıb


BAKI, 19 noyabr. TELEQRAF
Ermənistanda TRIPP layihəsinin icrası çərçivəsində xidmət və işlərin satın alınması üçün 16 milyon dram (44 min dollar) vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.
Ayrılmış vəsait hesabına ərazinin təmizlənməsi üçün hazırlıq işləri aparılacaq. Xüsusilə, tunellərin daş və zibildən təmizlənməsi, yığılmış torpağın çıxarılması və digər işlərin görülməsi nəzərdə tutulur.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
Ermənistan hökuməti TRIPP layihəsinin icrası çərçivəsində hazırlıq işləri üçün vəsait ayırıb
