Lerikdə dövlət qurumlarının əməkdaşları arasında şahmat turniri keçirilib


Lerik şəhər Mədəniyyət Evində Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş şahmat turniri təşkil edilib.
Cənub Media xəbər verir ki, noyabrın 18-19-da keçirilən yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lerik Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının və Lerik Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Dövlət qurumlarının əməkdaşlarının iştirak etdiyi turnirin keçirilməsində məqsəd şahmatın təbliği, iştirakçılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, intellektual bacarıqların və strateji düşünmə qabiliyyətinin inkişaf etdirilməsi olub.
Turnirin yekun nəticələrinə əsasən, Nizaməddin Muradov birinci, Əlizadə Kəlbiyev ikinci, İmran Kəlbiyev isə üçüncü yeri tutub.
Qaliblərə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.
Cənub Media, Lerik
Views: 113
Post navigation
1 mənbə